Slovakiya da Ukraynadan taxıl idxalına qadağa qoyub | Banco.az

Slovakiya da Ukraynadan taxıl idxalına qadağa qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Slovakiya Ukraynadan taxıl idxalına qadağa qoyub.

Banco.az xəbər verir ki, Polşa və Macarıstandan sonra Slovakiya da Ukraynadan taxıl idxalına müvəqqəti qadağa qoyub. 

Polşa və Macarıstandan fərqli olaraq, Slovakiya kənd təsərrüfatı işçilərini qorumaq üçün deyil, Ukraynadan gətirilən taxılın tərkibində insan sağlamlığı üçün zərərli olan pestisidlər olduğu üçün qadağa qərarı qəbul edib.

Slovakiya Kənd Təsərrüfatı Nazirliyindən verilən açıqlamada həmrəylik naminə Ukraynadan gələn taxıl axınına nəzarətdə bütün hüquqi imkanların tükəndiyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qadağanın nə vaxt başa çatacağı isə bilinmir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et