Rusiya Hindistanla azad ticarət sazişi üzrə danışıqlar aparmağı planlaşdırır | Banco.az

Rusiya Hindistanla azad ticarət sazişi üzrə danışıqlar aparmağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin iqtisadiyyatı gözlənildiyindən daha çox artım göstərib.

Banco.az xəbər verir ki, Hindistanın Xarici işlər naziri Subrahmanyam Caişankar 2 günlük rəsmi səfər çərçivəsində bu ölkədə olan Rusiya Baş nazirinin müavini, Sənaye və Ticarət Naziri Denis Manturov ilə Dehlidə keçirilən Hindistan-Rusiya Biznes Dialoqu proqramında iştirak edib.

Caişankar proqramdakı çıxışında bildirib ki, Rusiyanın resurs və texnologiyasının bir-birini tamamlaması Hindistanın böyüməsinə güclü töhfə verə bilər.

Avrasiya İqtisadi Komissiyası ilə Hindistan arasında azad ticarət sazişi ilə bağlı danışıqlar aparıldığını bildirən Caişankar Kovid-19 pandemiyası səbəbiylə yarımçıq qalan danışıqların davam edəcəyinə ümid etdiyini bildirib.

O, həmçinin qeyd edib ki, azad ticarət sazişi ticarət əlaqələrində real dəyişiklik yaradacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram