Kibertəhlükəsizlik Sistemləri üzrə Baş Administrator
Kibertəhlükəsizlik Sistemləri üzrə Baş Administrator
PAŞA Bank namizədləri Kibertəhlükəsizlik Sistemləri üzrə Baş Administrator vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- Yeni kibertəhlükəsizlik həllərini planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
- Mövcud kibertəhlükəsizlik sistemlərinə texniki dəstək vermək;
- Bankın, müasir standartların və çağırışların tələblərinə uyğun olaraq yeni texnologiyaların araşdırılması və tətbiqinə dair analizlər aparmaq və tövsiyələr vermək;
- Komandanın digər üzvlərinin lazımi bilik və bacarıqlarının inkişaf etməsi üçün töhvə vermək;
- Sistemlərin konfiqurasiyalarının təhlükəsiz olmasını təmin etmək (“secure hardening”);
- Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında çatışmazlıqları aradan qaldırmaq və daim sistemlərin inkişaf etdirilməsini təmin etmək;
- Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək;
- Müvafiq sistemlərin arxitekturası, işləmə prinsipinə dair texniki sənədləşməni aparmaq;
- Kibertəhlükəsizlik insidentlərinə cavab üzrə fəaliyyətlərdə iştirak etmək.
Sizdən nə tələb olunur?
Təhsil: İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və digər müvafiq ixtisaslar üzrə bakalavr dərəcəsi
Təcrübə: Kibertəhlükəsizlik və sistem inzibatçılığı sahəsində minimum 4 il
Xarici dil: İngilis (texniki səviyyədə yaxşı)
Digər: Şifahi və yazılı ünsiyyət bacarıqları, analitik düşüncə və problem həll etmə bacarıqları, komanda şəklində effektiv işləmə
Üstünlük verilir:
- Kibertəhlükəsizlik sistemlərinin administrasiyası üzrə təcrübə
- İnformasiya Təhlükəsizliyi, beynəlxalq standartlar, kiber risklər, təhdidlər və zəifliklər barədə biliklər
- Kibertəhlükəsizlik sistemlərinin (PAM, DLP, Antivirus/EDR, MDM və s.) administrasiyası üzrə təcrübə
- Server Əməliyyat Sistemləri (Windows Server, Linux) barədə məlumat
- Şəbəkə protokolları və texnologiyaları haqqında biliklər (DNS, DHCP, AAA, radius və s.)
- Hər hansı dildə (python, powershell, bash və s.) script yazmaq bacarığı
- "Microsoft Office" proqramları
- : CompTIA Security+, Advanced Security Practitioner CASP+, ICS2 SSCP, Certified Ethical Hacker CEH və s. (arzuolunandır)
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!