Çin Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb | Banco.az

Çin Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı (mərkəzi bank) faiz dərəcəsində dəyişiklik etməyib.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı bir illik Orta Müddətli Kredit Mexanizmi (MLF)  faiz dərəcəsini 2,75 faiz səviyyəsində saxlayıb.

Mərkəzi Bank 170 milyard yuan (25 milyard dollar) həcmində likvidlik inyeksiyası həyata keçirib ki, bu da bazar proqnozu olan 220 milyard yuandan aşağı  və 150 milyard yuan ödəmə məbləğindən isə yuxarıdır.

Xatırladaq ki, Çin Xalq Bankı ötən 8 ayda MLF dərəcəsini dəyişməyib. Təqdim olunan 20 milyard dollar xalis məbləğ noyabr ayından bəri ən aşağı rəqəmdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et