OPEC qlobal neft tələbi ilə bağlı artım proqnozunu dəyişməyib | Banco.az

OPEC qlobal neft tələbi ilə bağlı artım proqnozunu dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

OPEC qlobal neft tələbatının artması ilə bağlı proqnozunu sabit saxlayıb.

Banco.az xəbər verir ki, OPEC-in aylıq neft bazarı hesabatına əsasən, qlobal neft tələbatının artımı ilə bağlı proqnoz dəyişməyib. 

Buna uyğun olaraq qlobal neft tələbinin ötən ilə nisbətən gündəlik 2 milyon 320 barel artaraq bu il 101 milyon 900 min barelə çatacağı gözlənilir.

OECD ölkələrində tələbatın gündəlik 140 min barel artaraq 46 milyon 100 min barelə, OECD üzvü olmayan ölkələrdə isə gündəlik 2 milyon 180 min barel artaraq 55 milyon 800 min barelə çatacağı proqnozlaşdırılıb.

Hesabatda qlobal iqtisadi artımın ilin birinci rübündə OECD ölkələrinin iqtisadiyyatlarında sabit iqtisadi fəallığın, Çin iqtisadiyyatındakı canlanmanın müsbət təsirlərinin və digər Asiya ölkələrində, o cümlədən Hindistanda güclü iqtisadi artım məlumatlarının fonunda dəstəkləndiyi bildirilib. ABŞ bank sektorunun son dövrdə yaşadığı burulğanın isə iqtisadi təsirinin məhdud olduğu qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et