“Leica” şirkəti ağ-qara şəkillər çəkən kamerasını təqdim edib | Banco.az

“Leica” şirkəti ağ-qara şəkillər çəkən kamerasını təqdim edib

Müəllif - Aida İsaq, Banco.az

“Leica” şirkəti ağ-qara şəkillər çəkən güzgüsüz “M11 Monochrom” kamerasını təqdim edib. 

Banco.az xəbər verir ki, cihaz alüminium və dəri elementləri olan tam metal korpusla təchiz olunub. Kamera 256 GB daxili yaddaşa sahibdir. Həm USB-C, həm də Bluetooth ilə qoşulmanı dəstəkləyir. “Leica Fotos” tətbiqi sayəsində istifadəçi şəkilləri kameradan öz smartfonuna sürətlə köçürə bilər. Cihaz yüksək ISO həssaslığı ilə təchiz olunub. Məlumata görə, kamera 60 meqapiksel, 36 meqapiksel və ya 18 meqapiksel təsvir ölçüsü ilə DNG və ya JPEG formatında çəkiliş apara biləcək.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et