Müəllif: Tamara Mustafayeva, Banco.az
Ethereum yeniləmə optimizmi ilə dəyər qazanmağa başlayıb.
Banco.az xəbər verir ki, kriptovalyutalar bərpa olunarkən bazarın diqqəti bitkoindən ethereum-a keçib.
İkinci ən böyük rəqəmsal aktiv olan ethereum eyni dövr ərzində Bitcoin-in 9 faiz qazancını üstələyərək, son proqram yeniləməsinin yaratdığı optimizm sayəsində bu həftə 14 faizdən çox bahalaşıb.
Xatırladaq ki, “Shapella” adlanan proqram yeniləməsindən sonra ethereum-a sərmayə qoyan investorlar son üç ildə pul kisələrində depozit olaraq saxladıqları və şəbəkədə kilidlədikləri kriptovalyutanı geri çəkə bilərlər. Yeniləmədən əvvəl bunun ethereum-da satış dalğası yaradacağına dair narahatlıqlar var idi, ancaq ən azından indiyə qədər bu narahatlıqların nəticəsiz qaldığı görünür.
Qeyd edək ki, hazırda ethereum 2112 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!