Müəllif: Tamara Mustafayeva, Banco.az
“OpenAI” “ChatGPT”də səhvlər tapanları 200 dollardan 20 min dollara qədər mükafatlandıracaq.
Banco.az xəbər verir ki, “OpenAI” şirkəti süni intellekt çatbotu “ChatGPT”dəki potensial səhvləri aşkar etmək üçün bir addım ataraq "Bug Bounty Program"ı işə salıb.
Texnologiya həvəskarlarından tədqiqatçılara qədər hər kəs üçün açıq olan proqram “OpenAI” sistemlərində nöqsanlar barədə məlumat verən insanlara 200-20000 dollar aralığında pul mükafatı qazanmaq şansı təqdim edir.
Qeyd edək ki, ötən ayki məxfiliyin pozulması hadisəsindən sonra bu proqramı işə salmaqla məxfiliyə və təhlükəsizliyə böyük əhəmiyyət verdiyini göstərən “OpenAI” süni intellekt sistemlərinin təhlükəsizliyini təmin etmək üçün tədqiqat və mühəndislik sahələrinə də böyük sərmayələr qoyur.
Ehtimal olunur ki, bu proqram sistemdəki boşluqların aşkarlanması üçün mühüm alət olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!