Avrozona banklarının kapital və mənfəəti artır | Banco.az

Avrozona banklarının kapital və mənfəəti artır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona bankları ötən ilin son rübündə kapital buferlərini gücləndirərək ödənilə bilməyən debitor borclarını azaldıblar.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) 2022-ci ilin son rübü üzrə auditi həyata keçirilən bankların kapitalı, kapital gəlirləri və problemli kreditləri ilə bağlı statistik məlumatları açıqlayıb.

Müvafiq olaraq, Avro regionundakı bankların maliyyə gücünün əsas ölçüsü olan Əsas Kapital Adekvatlığı Nisbəti (Tier 1) keçən ilin son rübündə tənzimləyici kapital əmsalını keçərək 14,74 faizdən 15,27 faizə yüksəlib. Sözügedən nisbət İspaniya bankları üçün orta hesabla 12,6 faiz, Estoniya bankları üçün isə 22,86 faiz təşkil edib.

ECB-nin nəzarətində olan Avrozonanın ən böyük bankların öz kapitalının gəlirliliyi yüksək faiz dərəcələri bankların kredit marjalarını artırdığı üçün 7,55 faizdən 7,68 faizə yüksəlib. Sözügedən göstərici bu cür statistikanın aparılmağa başladığı 2015-ci ildən bəri ən yüksək səviyyə kimi qeydə alınıb. 2021-ci ilin son rübündə isə bu nisbət 6,70 faiz olub.

Bildirilib ki, ECB yüksək inflyasiya şəraitində 2022-ci ilin iyul ayından bu yana faiz dərəcələrini rekord səviyyədə - 350 bənd artırdığı üçün bu vəziyyət kredit ödənişlərində çətinliklərin ola biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram