Neftin qiyməti 5 ayın maksimumuna yaxınlaşıb | Banco.az

Neftin qiyməti 5 ayın maksimumuna yaxınlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft bazarında qiymətlər 5 ayın ən yüksək səviyyəsinə yaxınlaşıb.

Banco.az xəbər verir ki, investorların daha da sərtləşdirilmiş qlobal bazara dair işarələri qiymətləndirməsi və OPEC-in aylıq neft bazarı hesabatlarına yönəlməsi ilə ABŞ xam neftinin qiyməti ötən ilin oktyabr ayından bəri qeydə alınan ən yüksək bağlanışa hazırlaşır.

ABŞ xam nefti əvvəlki iki gündə 4,4 faiz bahalaşdıqdan sonra bir barel üçün 83 dollara düşüb.

Brent markalı neft isə 87,19 dollara satılır.

Qeyd edək ki, qiymətlərin bahalaşmasına əsas neft bölgəsi olan Oklahoma ştatının Kuşinq şəhərində xam neft ehtiyatlarının azalması, zəif Rusiya neft ixracı və İraq Kürd Regional Hökumətinin boru kəməri təchizatının kəsilməsi səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram