ABŞ-da böyük maraqla gözlənilən inflyasiya göstəriciləri açıqlanıb | Banco.az

ABŞ-da böyük maraqla gözlənilən inflyasiya göstəriciləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehlak qiymətləri indeksi (CPI) mart ayında aylıq və illik əsasda gözləntilərin gerisində qalıb.

Banco.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, başlıq inflyasiyası aylıq 0,1 faiz artsa da, illik müqayisədə 6 faizdən 5 faizə enib. Fevralda aylıq inflyasiya 0,4 faiz artmışdı.

Bloomberg tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçıların orta hesablamaları aylıq 0,2 faiz, illik 5,1 faiz artım istiqamətində idi.

Baza inflyasiyası isə proqnozlara uyğun olaraq aylıq 0,4 faiz artıb ki, əvvəlki ayla artım 0,5 faiz idi.

Baza inflyasiyası illik müqayisədə artmağa davam edərək əvvəlki ayda 5,5 faiz olan artımla müqayisədə 5,6 faiz olub. Gözlənti 5,6 faiz idi.

Qeyd edək ki, bu rəqəmlər, xüsusilə, xidmət sektorunda 'yapışqan inflyasiyanın' davam etdiyini göstərir. Bank sektorunda baş verən son qarışıqlığın iqtisadiyyata təsiri siyasətçilər tərəfindən yaxından izlənilsə də, inflyasiyanın artması və güclü məşğulluq bazarı FED-in ən azı bir dəfə daha faiz artıracağı, sonra isə gözləyəcəyi ilə bağlı fikirləri gücləndirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram