Müəllif - Aida İsaq, Banco.az
Ukrayna taxılı bütün Aİ ölkələri arasında bölüşdürülməlidir.
Banco.az xəbər verir ki, bunu Polşanın kənd təsərrüfatı naziri Robert Telyus bildirib. O, bazarda Ukrayna kənd təsərrüfatı məhsullarının çoxluğu ilə bağlı yaranmış problemlərlə bütün ölkələrin məşğul olmalı olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, müvafiq məsələ Ukrayna taxılının idxalı ilə bağlı digər ölkələrdən daha çox zərər çəkən Bolqarıstan, Rumıniya, Slovakiya və Çexiyanın kənd təsərrüfatı sektorunun nümayəndələri ilə müzakirə olunub.
Hazırda Ukrayna kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına rüsumsuz çıxışı ilə bağlı siyasəti dəyişdirmək üçün Avropa İttifaqına birgə müraciət etmək üçün yuxarıda adları çəkilən ölkələrlə danışıqların aparılması gündəmdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!