Müəllif - Aida İsaq, Banco.az
Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası mobil oyun bazarında haqsız rəqabətə görə “Google”u 41,1 milyard von (31,9 milyon dollar) cərimələyib.
Banco.az xəbər verir ki, buna səbəb şirkətin “Google Play” proqramlar mağazasında oyunların eksklüziv buraxılışı müqabilində təqdim etdiyi oyundaxili reklamlar olub. Tənzimləyici qurum bunun “One Store”un Cənubi Koreya analoqunun mövqeyini pozduğunu bildirib.
Qeyd edək ki, məlumata görə, iki il ərzində “Google”un payı 80-85%-dən 90-95%-ə yüksəlib. “One Store”un payı isə 15-20%-dən 5-10%-ə düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!