Pakistan Rusiya neftini endirimlə əldə etməyə çalışır | Banco.az

Pakistan Rusiya neftini endirimlə əldə etməyə çalışır

Müəllif - Aida İsaq, Banco.az

Rusiyadan ucuz neft almaq Pakistan vətəndaşlarının həyatını asanlaşdıracaq.

Banco.az xəbər verir ki,  bu barədə Pakistanın keçmiş baş naziri İmran Xan bildirib. İslamabad 2022-ci ildə ucuz rus neftinin idxalı ilə bağlı danışıqlar aparmağa çalışırdı. Lakin apreldə bunun gerçəkləşməsi baş tutmadı. Lakin 2023-cü ilin yazında Pakistanın Dövlət Neft Naziri Musadik Malik may ayında ölkəsinin Rusiyadan ilk neft partiyasını alacağını bəyan edib. 

Qeyd edək ki, 2022-ci ilin dekabrında Pakistan nümayəndələri Rusiyadan neftə 30-40 faiz endirim tətbiqini təklif edib. Moskva tərəfi isə belə bir sövdələşməyə razı olmasa da, lakin təklifi nəzərdən keçirəcəyini qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram