ABŞ-da Kovid-19-a görə elan edilmiş milli fövqəladə vəziyyət sona çatıb | Banco.az

ABŞ-da Kovid-19-a görə elan edilmiş milli fövqəladə vəziyyət sona çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Co Bayden Kovid-19 pandemiyasına görə tətbiq edilən fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı qanun layihəsini imzalayıb.

Banco.az xəbər verir ki, Bayden 2020-ci ildə elan edilmiş Kovid-19 pandemiyası ilə əlaqədar milli fövqəladə vəziyyətə son qoymaq üçün Respublikaçı millət vəkillərinin təklif etdiyi və ötən aylarda  Konqresin hər iki palatası tərəfindən qəbul edilən qanun layihəsini təsdiqləyib.

Bu, “Medicare” və “Medicaid” federal səhiyyə proqramları çərçivəsində pandemiya ilə bağlı bir sıra imtiyazlara son qoyacaq.

Qeyd edək ki, artıq uzun müddətdir ki, ölkədə Kovid-19-a qarşı tətbiq edilən tədbirlər xeyli yumşaldılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram