Rusiyadan Avropa ölkələrinə olan uçuşlara qadağa yaxın 7 ildə qüvvədə qala bilər | Banco.az

Rusiyadan Avropa ölkələrinə olan uçuşlara qadağa yaxın 7 ildə qüvvədə qala bilər

Müəllif - Aida İsaq, Banco.az

 

Rusiyadan Avropa ölkələrinə uçuşlara tətbiq olunan hazırkı qadağa 2029-cu ilə qədər qüvvədə olacaq. 

Banco.az xəbər verir ki, bunu Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) ekspertləri proqnozlaşdırıb. Onların sözlərinə görə, yaxın 7 ildə bir sıra MDB ölkələrinin, o cümlədən Rusiya və Ukraynanın hava məkanı təyyarələrin qəbulu üçün bağlı qalacaq. Bu səbəbdən də yaxın illərdə bu regionun Avropa ölkələri ilə fasiləsiz əlaqəsinin bərpası gözlənilmir.

Qeyd edək ki, 2022-ci il fevralın 28-də Ukraynada münaqişənin kəskinləşməsi fonunda Aİ bölgənin hava məkanını Rusiya təyyarələri üçün tamamilə bağlamaq qərarına gəlib. Buraya Rusiya aviadaşıyıcıları tərəfindən idarə olunan və ya sözügedən ölkədə qeydiyyatdan keçmiş təyyarələr daxil idi.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram