Müəllif - Aida İsaq, Banco.az
Dünya Bankı Rusiyanın 2023-cü il üçün ÜDM dinamikası ilə bağlı proqnozunu -3,3%-dən -0,2%-ə qədər yaxşılaşdırıb.
Banco.az xəbər verir ki, məlumata görə, proqnozun dəyişməsi 2022-ci ilin göstəricilərinin əvvəlki proqnozları üstələməsi və ölkədə neft və neft məhsullarının istehsalının gözləniləndən daha aşağı səviyyədə azalması ilə əlaqədar olub. 2022-ci ilin oktyabrında 2023-cü il üçün Rusiyada ÜDM-nin 3,6% azalacağı gözlənilirdi.
Qeyd edək ki, 2024 və 2025-ci illərdə ÜDM-nin artımı müvafiq olaraq 1,2% və 0,8% səviyyəsində proqnozlaşdırılır. 2024-cü il üçün proqnoz yanvar ayı ilə müqayisədə 0,4% azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!