“Tesla”nın ekspertləri yaşıl enerji infrastrukturunun gələcəyindən danışıb | Banco.az

“Tesla”nın ekspertləri yaşıl enerji infrastrukturunun gələcəyindən danışıb

Müəllif - Aida İsaq, Banco.az

Qlobal yaşıl enerji infrastruktur şəbəkəsinin qurulması fosil yanacaqlardan istifadə fonunda dünyaya 4 trilyon dollar ucuz başa gələcək. 

Banco.az xəbər verir ki, bu barədə elektrikli avtomobil istehsalçısı “Tesla”nın ekspertləri bildirib. Şirkətin məlumatına görə, ümumilikdə yaşıl enerjiyə keçid üçün təxminən 10 trilyon dollar investisiya tələb olunacaq. Karbohidrogenlərin hasilatı və emalına əsaslanan enerji sisteminin davam etdirilməsi isə 20 il ərzində dünyaya 14 trilyon dollara başa gələcək.

Bununla yanaşı, şirkət günəş panellərinin istehsalı və metal emalı üçün genişmiqyaslı zavodların tikintisinin vacib olduğunu bildirirb. Belə bir infrastrukturun yaradılması enerjinin tələb olunan həcmdə istehsalını və saxlanmasını təmin edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram