Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada mənzil qiymətləri mart ayında illik müqayisədə 1,6 faiz artıb.
Banco.az xəbər verir ki, İngiltərənin mənzil kredit təşkilatı “Halifax” tərəfindən edilən açıqlamada bu ilin mart ayında ölkədə mənzil qiymətlərinin aylıq 0,8 faiz artdığı, orta hesabla bir mənzilin qiymətinin isə 287 min 880 funt-sterlinqə yüksəldiyi bildirilib.
Açıqlamada ölkədə mənzil qiymətlərinin mart ayında illik müqayisədə isə 1,6 artaraq son üç il yarımın ən zəif göstəricisini nümayiş etdirdiyi qeyd olunub.
Xatırladaq ki, ötən ay İngiltərə Bankı (BoE) siyasət faizini 4%-dən 4,25%-ə qaldırdığını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!