Məşhur brendlərin Avropa ölkələrində kütləvi ixtisarlar etməsi çətinləşib | Banco.az

Məşhur brendlərin Avropa ölkələrində kütləvi ixtisarlar etməsi çətinləşib

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-ın iri texnoloji şirkətləri, həmçinin “Google” və “Amazon” rəhbərliyi Avropa ölkələrində işçilərin kütləvi ixtisarları ilə bağlı çətinliklərlə üzləşib. 

Banco.az xəbər verir ki, buna səbəb Avropa ölkələrinin əmək qanunvericiliyinin müddəaları olub. Beləliklə, şirkətlərin işçilərin maraqlarını qoruyan yerli müvafiq qurumlarla əvvəlcədən məsləhətləşmədən geniş miqyaslı ixtisarları həyata keçirmələri mümkünsüz olub. Avropada kütləvi ixtisarların uğursuz cəhdlərindən sonra Google və Amazon rəhbərliyi hazırda əmək qanunvericiliyinin müddəalarının bütün ölkələr arasında ən sərt olduğu Almaniya və Fransadakı yerli qurumların nümayəndələri ilə bu məsələyə dair danışıqlar aparmağa çalışır. 

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram