Məşhur brend qənaət məqsədi ilə avtomobillərinin dizaynını sadələşdirəcək | Banco.az

Məşhur brend qənaət məqsədi ilə avtomobillərinin dizaynını sadələşdirəcək

Müəllif - Aida İsaq, Banco.az

“Ford” şirkəti 2024-cü ildə avtomobillərin dizaynını sadələşdirməyə başlayacaq. 

Banco.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının məhsulun inkişafı şöbəsinin rəhbəri Cim Baumbik bildirib. Hazırda maşın arxitekturasının çox mürəkkəb və bahalı olduğu qeyd olunur. 2022-ci il üçün proqnozlaşdırılan 11,5 milyard dollar əvəzinə 10,4 milyard dollar mənfəət qazanılması investorları qane etməyib. Beləliklə, hazırda şirkət əməliyyat xərclərini azaltmağa hazırlaşır. Şirkət həmçinin 2024-cü ildə Bronco SUV və ya Maverick kompakt pikap kimi modellərin çeşidini genişləndirmək niyyətindədir.

Qeyd edək ki, 2023-cü ilin yanvar ayında avtomobil nəhəngi 3,2 min əməkdaşını ixtisar etdi. İxtisarlar xərclərin 3 milyard dollar azalmasına gətirib çıxaracaq. Qənaət olunan məbləğ isə elektromobillərin istehsalının maliyyələşdirilməsinə sərf olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram