Müəllif - Aida İsaq, Banco.az
FED inflyasiyanı 2 faizlik hədəfə qaytarılmasına çalışması fonunda faizləri yenidən artırmalı olacaq.
Banco.az xəbər verir ki, bunu Klivlend FED-in rəhbəri Loretta Mester bildirib. Onun sözlərinə görə, bu artımdan sonra bir müddət faiz həddi həmin səviyyədə saxlanılacaq. L.Mester həmçinin 2-3 may tarixlərində keçiriləcək FOMC toplantısında FED üzvlərinin faiz dərəcələrinə dair nə qərar verəcəyi ilə bağlı hər hansısa məlumat söyləməyin hazırda tez olduğunu vurğulayıb.
FED rəsmisi 2023-cü ildə inflyasiyanın yavaşlaması istiqamətində müsbət nəticələr gözlədiyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!