ABŞ-da özəl sektorda işləyənlərin sayı gözləniləndən aşağıdır | Banco.az

ABŞ-da özəl sektorda işləyənlərin sayı gözləniləndən aşağıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da özəl sektor məşğulluğu proqnozları doğrultmayıb.

Banco.az xəbər verir ki, ABŞ-da özəl sektor məşğulluğu mart ayında artım tempini itirib. 

ADP-nin məlumatlarına görə, özəl sektorda işləyənlərin sayı sözügedən dövrdə 145 min nəfər artıb. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçıların orta hesablaması 210 min nəfər təşkil edirdi. 

Kiçik və orta şirkətlərdə məşğulluq isə müvafiq olaraq 101 min və 33 min artaraq ən böyük töhfəni verib.

Sektorlar üzrə baxdıqda isə müəyyən olur ki, məşğulluq xidmət sektorunda 75 min, istehsal sektorunda isə 70 min nəfər artmışdır.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-da 25 milyondan çox işçinin əmək haqqı məlumatından istifadə etməklə hesablanan ADP özəl məşğulluq məlumatlarına görə, illik əmək haqqı mart ayında 6,9 faiz artıb. Fevral ayında bu nisbət 7,2 faiz idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et