ÜTT 2023-cü il üzrə qlobal ticarət artımı proqnozunu yuxarı çəkib | Banco.az

ÜTT 2023-cü il üzrə qlobal ticarət artımı proqnozunu yuxarı çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2023-cü il üzrə qlobal mal ticarətinin artım gözləntisini 1 faizdən 1,7 faizə qaldırıb.

Banco.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) aprel ayı üzrə qlobal ticarət perspektivləri və statistikası ilə bağlı hesabatını açıqlayıb.

Hesabatda bildirilib ki, qlobal iqtisadiyyatda canlanma gözləntiləri ilə 2023-cü il üçün qlobal mal ticarətinin artımı proqnozu 1 faizdən 1,7 faizə qaldırılıb. Bu, hələ də 2008-ci il qlobal maliyyə böhranı səbəbindən ticarət həcminin azalmasından sonrakı 12 il ərzində qeydə alınan 2,6 faizlik orta göstəricidən aşağıdır.

Hesabatda həmçinin qeyd olunub ki, geosiyasi gərginliklər, ərzaq bazarında təklif qıtlığı və inflyasiya fonunda faiz artımının mənfi təsirləri bu il qlobal ticarətdə gözlənilən artımı azalda bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et