Qlobal miqyasda hava yolu ilə sərnişin daşınması artıb | Banco.az

Qlobal miqyasda hava yolu ilə sərnişin daşınması artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal miqyasda hava yolu ilə sərnişin daşınması fevral ayında artım göstərib.

Banco.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) fevral ayı üzrə qlobal ümumi sərnişin tələbat statistikasını açıqlayıb.

Müvafiq olaraq, sərnişin daşımaları (kilometr başına sərnişin gəliri - RPK) fevral ayında əvvəlki ilin eyni ayına görə 55,5 faiz artıb.

Beləliklə, fevral ayında hər kilometrə düşən sərnişin gəliri Kovid-19 pandemiyasından əvvəlki səviyyənin 84,9 faizinə çatıb.

Sözügedən dövrdə beynəlxalq sərnişin tələbatı 2022-ci ilin eyni ayına nisbətən 89,7 faiz artım göstərib.

Ən sərfəli kredit üçün müraciət et

IATA baş direktoru Villi Uolş qeyri-müəyyən iqtisadi siqnallara baxmayaraq, bütün dünyada və xüsusilə Asiya-Sakit okean regionunda hava səyahətinə tələbatın güclü olaraq qalmaqda davam etdiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram