ABŞ-ın ticarət kəsiri 4 ayın ən yüksək səviyyəsinə çatıb | Banco.az

ABŞ-ın ticarət kəsiri 4 ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ixracın idxaldan çox azalması səbəbindən xarici ticarət kəsiri üçüncü ayda da artıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyinin məlumatlarına görə, xarici ticarət kəsiri fevral ayında 2,7 faiz artaraq 70,5 milyard dollara çatıb. Bu, ötən 4 ayın ən yüksək səviyyəsidir.

İqtisadçılar xarici ticarət kəsirinin 68,8 milyard dollar olacağını gözləyirdilər.

İdxal 1,5 faiz azalaraq 321,7 milyard dollar, ixrac isə 2,7 faiz azalaraq 251,2 milyard dollar olub. İstehlak mallarının idxalı ötən 3 ayda ilk dəfə azalıb. 

Qeyd edək ki, ixrac və idxalın azalması iqtisadi qeyri-müəyyənliklər səbəbindən həm daxili, həm də xarici tələbin azalmasına işarə edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et