Yeni Jeep Grand Cherokee - azad ruhlu yolsuzluq avtomobili! | Banco.az

Yeni Jeep Grand Cherokee - azad ruhlu yolsuzluq avtomobili!

Məşhur Dünya brendi olan Jeep avtomobillərinin rəsmi dilleri “ Avtolüks Azərbaycan “ – 5 ci nəsil tamami ilə yenilənmiş Grand Cherokee modelini yerli bazara təqdim etdi. Ən çox mükafat almış bu model SUV sevənləri yenilikləri ilə heyran edib.

Avtomobil tamami ilə yenilənib – rahatlıq sevənlər üçün 5 oturacaqlı qısa versiya və eyni zamanda 5 və 7 oturacaqlı uzun versiya komplektasiyasına ön sərnişin oturacağı qarşısında quraşdırılan monitor əlavə edilmişdir. Həmçinin, avtomatik tənzimlənən yarı aktiv amortizasiyaya malik Jeep-in Quadra-Lift™ pnevmatik asqısı avtomobilə öz seqmentində 28,7 sm-lik ən yüksək klirens və 61 sm dərinliyində su maneəsini asanlıqla aşmağa imkan verir.

Əgər üç sıralı Grand Cherokee L modeli yalnız 294 at gücünə malik 3,6-litrlik V6 Pentastar və 362 at gücünə malik 5,7-litrlik V8 Hemi aqreqatları ilə təklif edilirsə, beş nəfərlik Grand Cherokee modelinin arsenalında 281 at gücü olan 2,0-litrlik dörd silindrli turbo mühərrikə əsaslanan hibrid güc qurğusu mövcuddur. Bu qurğudan Wrangler 4xe modelində də istifadə olunur.

Aktiv təhlükəsizlik sistemlərinin siyahısında 110-dan çox opsiya mövcuddur, lakin piyadaların və velosipedçilərin aşkarlanması funksiyası olan avtomatik əyləcləmə sistemi, adaptiv kruiz-kontrol və zolaqda saxlama funksiyası standart təchizata malikdir.

11-12 mart tarixində Avtolüks Azərbaycan tərəfindən, Şamaxı şəhərinə təşkil olunan “Jeep Tur 2023” iştirakçıları Yeni Jeep Grand Cherokee modelini sınaqdan keçirmək imkanından zövq almışlar.  

Ən sərfəli kredit üçün müraciət et

Daha detallı məlumat əldə etmək üçün Jeep rəsmi satış mərkəzi ilə əlaqə saxlaya və yeni model avtomobili öncədən sifariş edə bilərsiniz.

Ünvan : Üzeyir Hacibəyli 57

Ünvan 2: Zaur Nudirəliyev 8

Qaynar xətt : 983

Şəhər mömrəsi : 0124048395

Mobil nömrə: 0552141949  / 0554444700

İnstagram link  https://www.instagram.com/jeep_azerbaijan/

Facebook link  https://www.facebook.com/JeepAutolux

Website link    https://autolux.az/

Ən sərfəli krediti almaq üçün müraciət et