Avropada hava yolu ilə sərnişin axını pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşır | Banco.az

Avropada hava yolu ilə sərnişin axını pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşır

Müəllif - Aida İsaq, Banco.az

Avropada hava sərnişin axını fevral ayında keçən ilin eyni dövrü ilə müqayisədə 48 faiz artaraq 2019-cu ilin fevralındakı səviyyəyə yaxınlaşıb.

Banco.az xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə fevral ayında hava yolu ilə sərnişin axını beynəlxalq uçuşlarda 58 faiz, daxili reyslərdə isə 22 faiz artıb. 2019-cu ilin fevral ayı ilə müqayisədə isə 2023-cü ilin fevralında sərnişin axını 12 faiz azalıb. Yanvar ayında sərnişin axını 2019-cu ilin eyni ayından 11 faiz aşağı olub.

Fevral ayında Avropanın 10 ölkəsində sərnişinlərin sayında müsbət irəliləyişlər qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Portuqaliya pandemiyadan əvvəlki dövrü 18,9 faiz, Lüksemburq 10,9 faiz və Kipr 9,7 faiz ilə qabaqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram