Almaniyada fabrik-zavod sifarişləri ardıcıl üçüncü ayında da artıb.
Banco.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatında fabrik-zavod sifarişləri fevral ayında əvvəlki ayla müqayisədə 4,8 faiz artım göstərib.
Bu, 2021-ci ilin iyun ayından bəri qeydə alınan ən böyük artım olub. “Bloomberg”in sorğusunda iştirak edən iqtisadçılar 0,3 faiz artım gözləyirdilər.
Sifarişlərin çoxalmasında daxili tələbin nəzərəçarpacaq dərəcədə artması təsirli olub.
Qeyd edək ki, istehsal sektorunun iqtisadiyyatda mühüm rol oynadığı Almaniya tənəzzülə uğramaq riski altındadır. Belə ki, ölkə iqtisadiyyatı 2022-ci ilin son rübündə 0,4 faiz daralıb.
Bizi sosial şəbəkələrdən izləyin!!