Müəllif - Aida İsaq, Banco.az
ABŞ və Avropa İttifaqı (Aİ) Aİ-nin Rusiyanın nüvə yanacağı və atom elektrik stansiyası xidmətlərindən asılılığını azaltmaq üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.
Banco.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrelin iştirakı ilə keçirilən Aİ-ABŞ Enerji Şurasının bəyanatında bildirilir.
Bununla yanaşı, tərəflər bu yanacağın mənbələrinin şaxələndirilməsi səylərini dəstəkləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!