Müəllif: Tamara Mustafayeva, Banco.az
Mənzil-qərargahı Niderlandda yerləşən “Louis Dreyfus” şirkətinin Rusiyadan taxıl ixracını dayandırmağa qərar verdiyi bildirilib.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyindən açıqlama verilib.
Şirkətin Rusiyadan taxıl ixracını iyulun 1-dən dayandıracağına dair məlumatların qeyd olunduğu açıqlamada “Louis Dreyfus”un hazırda Rusiyadakı aktivlərinin yeni sahiblərə verilməsi imkanlarını araşdırdığı da qeyd olunub.
Açıqlamada həmçinin “Louis Dreyfus” və digər Qərb kənd təsərrüfatı məhsulları şirkətlərinin Rusiyadan getməsinin ölkədəki ərzaq ixracına təsir etməyəcəyinə diqqət çəkilib.
Xatırladaq ki, qlobal taxıl bazarında 19 faiz paya sahib olan Rusiya dünyanın ən böyük taxıl ixracatçısıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!