Müəllif: Tamara Mustafayeva, Banco.az
FED-in uçot dərəcəsi üzrə qərarın veriləcəyi iclas qızıl, dollar və kriptovalyuta investorları tərəfindən yaxından izlənilir.
Banco.az xəbər verir ki, ötən iclasında uçot dərəcəsini 25 bənd artıran FED-in növbəti iclasda hansı qərar qəbul edəcəyi böyük maraq doğurur. Bəs FED faiz qərarını nə vaxt açıqlayacaq?
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz iclasının təqvimi açıqlanıb.
Buna görə, FED-in faiz qərarı aprel ayında elan olunmayacaq. Növbəti iclas may ayında keçiriləcək və kritik faiz qərarı açıqlanacaq.
Xatırladaq ki, yekun artımla mərkəzi bank uçot dərəcəsini 2007-ci ildən bəri qeydə alınan ən yüksək həddə - 4,75-5 punkt aralığına çatdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!