Qlobal ərzaq tədarükündə yeni problem yaranıb | Banco.az

Qlobal ərzaq tədarükündə yeni problem yaranıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İki böyük şirkətin Rusiyadan çıxma qərarı ərzaq tədarükü üçün yeni risklər yaradıb.

Banco.az xəbər verir ki, “Cargill” və “Viterra” şirkətləri Rusiya bazarından çıxmaq qərarına gəliblər. 

Qərarın Rusiyanın taxıl ixracına nəzarətin artması və bu baxımdan daha çox gəlir əldə etməsi ilə nəticələnəcəyi gözlənilir.

Məlumatlara görə, ötən məhsul mövsümündə “Cargill” və “Viterra” şirkətləri Rusiyanın taxıl ixracının 14 faizində vasitəçilik ediblər.

Qeyd edək ki, qlobal ərzaq bazarının mühüm simalarından biri olan “Archer-Daniels-Midland Co.” şirkəti də Rusiya bazarını tərk etməyə hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et