Müəllif - Aida İsaq, Banco.az
Bu həftə ABŞ Federal Ehtiyat Sistemindən (FED) aktivləri 100 milyard dollardan 250 milyard dollara qədər olan banklar üçün qaydalara yenidən baxılması tələb olunacaq.
Banco.az xəbər verir ki, məlumata görə kredit təşkilatlarının kapitalına və likvidliyinə olan tələblərin sərtləşdirilməsi gözlənilir. FED həmçinin bankların tənəzzüllərə qarşı mübarizə aparmaq qabiliyyətini ölçən stress testlərini gücləndirə bilər. Eyni zamanda Ağ Evin əmanətlərin sığortalanmasının daha da genişləndirilməsinə dair araşdırmaların aparılmasını tələb etməsi məsələsi gündəmdədir.
Bizi sosial şəbəkələrdən izləyin!!