"Pepsi" 15 ildən sonra loqotipini dəyişir | Banco.az

"Pepsi" 15 ildən sonra loqotipini dəyişir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Pepsi” 15 ildən sonra korporativ imicində yeniliklər etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, son dövrlərdə loqotiplərini dəyişməyə başlayanNokia”, “Lancia”, “Citroen” və “Audi” kimi nəhəng şirkətlərin sırasına “Pepsi” də qoşulub. 

15 ildən sonra imicini dəyişdirən “Pepsi”nin yeni loqosu 80-90-cı illərin simvolik “Pepsi” loqosunu xatırladır.

Dəyişiklikdən sonra əvvəlki loqoda yer alan və markanın simvolu olan qırmızı, ağ və mavi zolaqlı dairədə yenilik edilib. Belə ki, artıq loqotipdə istifadə edilən “Pepsi” yazısı qara rəngdədir.

Yeni dizayn cəsarətli şrift, imza vurğusu və yenilənmiş rəng palitrasını, o cümlədən brendin “Pepsi Zero Sugar”ə sadiqliyini vurğulayan qara rəngi nümayiş etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin yüksək səviyyəli rəhbərlərindən biri Todd Kapplan bildirib ki, köhnə loqo şirkətə “cəsarətli və inamlı” imic vermədiyi üçün onlar daha kəskin və böyük hərflə yazılmış loqoya keçiblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et