Norveç şirkəti Şimali İraqda neft istehsalını dayandırıb | Banco.az

Norveç şirkəti Şimali İraqda neft istehsalını dayandırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveçin enerji şirkəti “DNO” Şimali İraqda neft hasilatını dayandırmağa başlayıb.

Banco.az xəbər verir ki, Norveçin “DNO” neft şirkəti İraq mərkəzi hökumətinin göstərişi ilə Kərkük-Ceyhan boru kəməri ilə neft nəqlinin dayandırılmasından sonra Kürd Regional Hökuməti ərazisində yerləşən yataqlarında hasilatı dayandırmağa başlayıb.

Qeyd edək ki, şirkət 2022-ci ildə Tawke və Peşkabir yataqlarında gündə orta hesabla 107 min barrel neft hasil edib. Bu həcm Kürd Regional Hökumətinin ixrac etdiyi neftin dörddə birini təşkil edir.

“DNO” bildirib ki, neft nəqlinin dayandırılmasından əvvəl boru kəməri ilə gündə 400 min barel Kürd nefti və 70 min barel İraq nefti daşınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et