Fransanın ən böyük neft emalı zavodunda işlər dayandırılıb | Banco.az

Fransanın ən böyük neft emalı zavodunda işlər dayandırılıb

Müəllif - Aida İsaq, Banco.az

Fransanın ən böyük neft emalı zavodu, “TotalEnergies” şirkətinə məxsus “Gonfreville-l'Orcher”də işlər tamamilə dayandırılıb. 

Banco.az xəbər verir ki, buna pensiya islahatlarına qarşı çıxan işçilərin tətili səbəb olub. Fransanın baş naziri Elizabet Born daha əvvəl Fransa konstitusiyasının 49.3-cü maddəsini əsas tutaraq ölkədə pensiya yaşını 62-dən 64-ə qaldıran qanun layihəsini qəbul etmişdi.

Qeyd edək ki, martın 22-də bütün Fransada 1 milyondan çox fransız hökumətin pensiya yaşını artırmasına qarşı etiraz aksiyası keçirib. Fransızlar prezident Emmanuel Makronun istefasını tələb edirlər.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram