Çin süni intellekt və ağıllı avtomobil sektorunun inkişafına fokuslanacaq | Banco.az

Çin süni intellekt və ağıllı avtomobil sektorunun inkişafına fokuslanacaq

Müəllif - Aida İsaq, Banco.az

Çin süni intellekt, bioloji istehsal və ağıllı nəqliyyat vasitələri sektoruna daha çox diqqət yetirəcək.

Banco.az xəbər verir ki, bunu Çinin sənaye və informasiya texnologiyaları naziri Jin Zhuanglong bildirib. Çin inkişaf forumunda çıxış edən nazir yerli müəssisələrin qlobal sənaye və təchizat zəncirlərinə inteqrasiya olunacağını vurğulayıb. Eyni zamanda, nazir ölkəsinin texnoloji inqilabın və sənayenin yeni mərhələsinə qədəm qoymaq məqsədi ilə bir sıra yeni nəsil texnoloji innovasiya platformaları quracağını açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram