Fərdi evlərə çıxarış almaq üçün hansı sənədlər lazımdır? | Banco.az

Fərdi evlərə çıxarış almaq üçün hansı sənədlər lazımdır?

Sənədsiz evlərə dövlət reyestrindən çıxarışların və texniki pasportların verilməsi prosesində problemlər hələ də qalmaqdadır. Hazırda 500 mindən çox belə ev var. Bu isə o deməkdir ki, təxminən 2 milyondan çox insan yaşadığı ünvanda qeydiyyatda deyil.

Əmlak eksperti Ramil Qasımzadə deyib ki, vətəndaşların çoxu ya kənd təsərrüfatı təyinatlı torpaqlarda ev tikiblər, ya da sadəcə bələdiyyə qərarı olan kağız alıblar. Bu da onlara evlərin qeydiyyatı prosesində müəyyən problemlər yaradır.

Ekspert bildirib ki, fərdi yaşayış evinin çıxarışla təmin edilməsi üçün ilk növbədə həmin torpağın sənədi olmalıdır.

Bəzən daşınmaz əmlakın sənədləşməsi zamanı arxiv sənədi də tələb edilir. Bu sənəd əmlakın həmin şəxsin mülkiyətində olmasını təsdiq edir.

Ən sərfəli kredit üçün müraciət et

Ramil Qasımzadə tövsiyə edir ki, vətəndaşlar torpaq alarkən onun təyinatına diqqət etməlidirlər.

Ekspert ev və torpaq alarkən mütəxəssislərə müraciət etməyi də tövsiyə edir.

Xezerxeber.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et