"Credit Suisse" böhranına səbəb olan şəxs istefa verib | Banco.az

"Credit Suisse" böhranına səbəb olan şəxs istefa verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Credit Suisse" böhranının hərəkət verici qüvvəsi sayılan Əmmar Əl Xudairi tutduğu vəzifədən ayrılıb.

Banco.az xəbər verir ki, açıqlamaları ilə İsveçrənin investisiya bankı “Credit Suisse”in səhmlərində tarixi dəyər itkisinə səbəb olan Səudiyyə Ərəbistanı Milli Bankının İdarə Heyətinin sədri Əmmar Əl Xudairi vəzifəsindən istefa verib.

Xatırladaq ki, Xudairi martın 16-da verdiyi açıqlamada bundan sonra “Credit Suisse”ə dəstək verməyəcəklərini bildirmişdi. Bu açıqlama ilə başlayan çaxnaşma satışları Avropada risk qavrayışının pik həddə çatmasına səbəb olmuşdu.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Milli Bankı “Credit Suisse”də 9,9% səhmə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et