Bu neft nəhəngi Çində neft emalı və neft-kimya zavodu inşa edəcək | Banco.az

Bu neft nəhəngi Çində neft emalı və neft-kimya zavodu inşa edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Saudi Aramco” Çində neft emalı və neft-kimya zavodu tikəcək.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” Çində neft emalı və neft-kimya zavodu inşa edərək fəaliyyətə başlayacağını açıqlayıb.

“Saudi Aramco”dan verilən yazılı açıqlamaya görə, Çinin “Norinco” və “Panjin” şirkətləri ilə birgə layihənin icrasına başlanılıb.

Yeni təsis ediləcək müştərək müəssisənin 30 faizlik səhmlərinə “Saudi Aramco”, 51 faizinə “Norinco”, 19 faizinə isə “Panjin” sahib olacaq.

Şirkətlərin birgə müəssisəsi ilə gündəlik istehsal gücü 300 min barel olan neft emalı zavodu, həmçinin illik 1,65 milyon ton etilen və 2 milyon ton paraksilol istehsal gücünə malik neft-kimya zavodu tikiləcək.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, layihə lazımi təsdiqləri aldıqdan sonra tikintiyə 2023-cü ilin aprelindən sonra başlanması planlaşdırılır. Neft emalı və neft-kimya müəssisələrinin isə 2026-cı ildə istismara verilməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et