Müəllif - Aida İsaq, Banco.az
2023-cü ilin mart ayının əvvəlindən ABŞ-ın altı ən böyük bankının "Citigroup", "Morgan Stanley", "Bank of America", "Goldman Sachs", "JP Morgan Chase" və "Wells Fargo"nun bazar kapitallaşması 13% azalıb. Kredit təşkilatları təxminən 165 milyard dollar itirib.
Banco.az xəbər verir ki, investorlar kredit təşkilatlarının qiymətli kağızlarından vəsaitləri kütləvi şəkildə çıxarmağa başlayıb. Onlar bank böhranı dərinləşdikcə müntəzəm nəzarətin gücləndirilməsindən ehtiyat edir. Bununla yanaşı, kredit təşkilatlarının əmanətçiləri müştərilərə əmanətlər üzrə daha yüksək faizlər ödəməli olduqları üçün bankların xərclərinin arta biləcəyindən narahatdır. Bu da öz növbəsində mənfəətin azalmasına səbəb olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!