Müəllif - Aida İsaq, Banco.az
Taxıl sazişinin müddətinin uzadılması ətrafında müzakirələr davam edir.
Banco.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə bildirb.
Onun sözlərinə görə, təşkilat dünyanın ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən sövdələşmənin, eləcə də Rusiya ilə qida üzrə anlaşma memorandumunun davam etdirilməsi və bütövlüyünün təmin edilməsini diqqətdə saxlayır. Rəsmi nümayəndə BMT-nin Rusiya tərəfdən taxıl müqaviləsinin cəmi 60 gün uzadılması ilə bağlı rəsmi bildiriş alıb-almaması və dünya təşkilatının belə şərtlərlə razılaşıb-razılaşmaması sualına cavab verməkdən imtina edib.
Bizi sosial şəbəkələrdən izləyin!!