Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sistemi (FED) ölkənin bankçılıq sistemi üçün tətbiq olunan qaydaları sərtləşdirməyə hazırlaşır.
Banco.az xəbər verir ki, Silikon Vadisi Bankı (SVB) də daxil olmaqla üç bankın bir həftə ərzində müflis olmasından sonra Federal Ehtiyat Sistemi (FED) orta ölçülü banklara daha sərt qaydalar tətbiq etməyi düşünür.
FED orta ölçülü bankları tənzimləyən qaydalarında daha sərt kapital və likvidlik tələbləri və illik stress testlərini gücləndirmək istiqamətində addımlar daxil olacağı dəyişiklikləri nəzərdən keçirir.
Qeyd edək ki, sözügedən dəyişikliklər aktivləri 100-250 milyard dollar arasında olan banklar üçün tətbiq olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!