Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar fonunda davam edən qeyri-sabit vəziyyət dünyada inflyasiya proqnozlarını pisləşdirib.
Banco.az xəbər verir ki, ekspertlər mövcud vəziyyətin nə zamana qədər davam etməsi, iqtisadiyyata, xüsusən də əmtəə qiymətlərinə mümkün təsiri haqqında hər hansısa fikir bildirməyin çətin olduğunu bildirir. Bununla yanaşı, dünyada müşahidə olunan qeyri-müəyyən vəziyyətə təsir göstərən digər səbəblər də var. Belə ki, Çinin pandemiya ilə əlaqədar məhdudiyyətləri aradan qaldırması fonunda iqtisadiyyatın dirçəlməsi də öz təsirini göstərir. ÜDM-nin real artım tempinin ekspertlərin proqnozlaşdırdığından xeyli aşağı ola biləcəyi ehtimalı var.
Qeyd olunur ki, Yaponiya Bankı rəhbərlik dəyişikliyindən sonra bir qədər sərbəst pul və istiqraz siyasətindən imtina edə bilər. Bu isə öz növbəsində gələcəkdə həm daxili, həm də xarici maliyyə bazarlarına təsirini göstərə bilər.
Qeyd edək ki, fevralın 21-də “Rheinische Post” Almaniya İqtisadiyyat İnstitutunun hesabat məlumatlarına istinad edərək Ukraynadakı vəziyyətin 2022-ci ildə dünyaya 1,6 trilyon dollara başa gəldiyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!