Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə olunmaqdadır.
Banco.az xəbər verir ki, ABŞ tarixində ikinci ən böyük bank iflası olan SVB-nin müflisləşməsinin bazarlara təsiri və “Aramco”nun gündəlik istehlakın 2023-cü ilin sonuna qədər 102 milyon barelə yüksələcəyi proqnozu ilə neft həftəyə qeyri-sabit başlayıb.
ABŞ xam neftinin qiyməti 1,81 faiz ucuzlaşmaqla 75,29 dollara ticarət olunur.
1,69 faiz ucuzlaşan Brent markalı neftin bir bareli isə 81,38 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!