Səudiyyə Ərəbistanının enerji nəhəngi rekord gəlir əldə edib | Banco.az

Səudiyyə Ərəbistanının enerji nəhəngi rekord gəlir əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Enerji nəhəngi “Saudi Aramco” 2022-ci ildə 161 milyard dollar xalis gəlir əldə edib.

Banco.az xəbər verir ki, dünyanın ən böyük enerji şirkəti olan Səudiyyə Ərəbistanına məxsus “Saudi Aramco” ötən il 161 milyard dollar xalis gəlir əldə edib ki, bu da şirkət səhmlərinin birjaya çıxarılmasından sonra qeydə alınan ən yüksək göstəricidir.

Şirkətin xalis gəliri 2022-ci ildə əvvəlki ilə nisbətən 46 faiz artıb. Rusiyanın Ukraynaya təcavüzündən sonra tətbiq edilən sanksiyalara görə artan enerji qiymətləri və OPEC+ ittifaqının hasilatı artırmaq qərarı “Aramco”nun gəlirlərinin artmasında mühüm rol oynayıb.

Qeyd edək ki, şirkət Səudiyyə Ərəbistanı hökuməti üçün çox əhəmiyyətli maliyyə mənbəyi hesab edilən dividentini ötən rüb əvvəlki rüblə müqayisədə 4 faiz artımla 19,5 milyard dollara çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et