“Avropaya təbii qaz ixracımızı daha da artıracağıq” | Banco.az

“Avropaya təbii qaz ixracımızı daha da artıracağıq”

“Avropaya təbii qaz ixracımızı daha da artıracağıq”.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov X Qlobal Bakı Forumu çərçivəsində “Avrasiya zonasında yeni enerji və nəqliyyat dəhlizlərinin rolu” mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu, sadə məsələ deyil:

“Biz artıq tərəfdaşlarımızla işləməyə başlamışıq”.

Nazir deyib ki, Azərbaycan 2027-ci ildən Avropaya qaz ixracını iki dəfə artıracaq:

“Bu ilin yanvarından bu istiqamətdə tərəfdaşlarla işləməyə başlamışıq”.

P.Şahbazov qeyd edib ki, Zəngəzur dəhlizi həm nəqliyyat, həm də enerji dəhlizi olacaq:

“Enerjinin bu dəhliz vasitəsi ilə Naxçıvana, Naxçıvandan Türkiyəyə və Avropaya enerji ixrac etməyi planlaşdırırıq”.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram