Müəllif - Aida İsaq, Banco.az
Avropa Yenidənqurma və İnkişaf Bankı Türkiyənin zəlzələlərdən zərər çəkmiş bölgəsinə iki il ərzində 1,5 milyard avroya qədər sərmayə yatırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, müvafiq addım zəlzələlərdən zərər çəkmiş şəhərlərdə insanların həyat tərzinin yaxşılaşdırılmasını və iş yerlərinə dəstək olaraq region iqtisadiyyatının bərpasını, yenidən qurulmasını stimullaşdırmaq məqsədi daşıyır. Beləliklə, bankın dəstəyi, yerli banklara ayrılan 600 milyon avro dəyərində kredit xətləri, həmçinin regionda bərpa işlərində iştirak edən şirkətlər üçün nəzərdə tutulan yeni kreditlərin özəl sektorun rolunu gücləndirəcəyi bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!