Rusiya neftinin qiyməti Asiyalı alıcıların sayı artdıqca bahalaşır | Banco.az

Rusiya neftinin qiyməti Asiyalı alıcıların sayı artdıqca bahalaşır

Müəllif - Aida İsaq, Banco.az

Asiyadan olan alıcıların getdikcə çoxalması fonunda Rusiya neftinin qiymətinin bahalaşması davam edəcək.

Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Treyderlərin fikrincə, son həftələrdə Rusiyanın Urals və ESPO markalı neft növlərinin, eləcə də mazutun tədarükü artıb. Çinin dövlət və iri özəl neft emalı zavodları və Hindistandan marağın artması fonunda Rusiya yanacağının qiyməti bahalaşıb.

Agentliyin məlumatına görə, ESPO xam neftinin qiyməti Çinə çatdırılma daxil olmaqla Brent markalı neftdən təxminən 6,5-7,0 dollar aşağı olub. Urals markalı neft bu göstəricidən təxminən 10 dollar aşağı idi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et